44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə həmrəyliyinə dəstək olaraq bir çox yerdə iki ölkənin bayrağı ucaldıldı.
“Qərb Xəbər”in müxbirinin verdiyi məlumatına görə, həmin dövrdə Ağstafada da əhali bu sahədə öz həmrəyliyini nümayiş etdirib.
Şəhərin mərkəzində Milli Qəhrəman Rafiq Alicanovun abidəsinin yanında iki dirək qoyularaq, Azərbaycan və Türkiyə dövlət bayraqları asılıb.
Müharibədən bir müddət sonra bu bayraqlar endirilib. Əhali bayraqların dəyişdirilərək yenilənəcəyini düşünsə də, bugünə qədər dirəklər bayraqsız qalıb.