Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Hadrut əvəzində Ağdamı geri qaytarmağı təklif etdim” – Paşinyan

20 iyun / 12:02 4 dəq
Paşin
20 iyun / 12:02
Burada sizin reklamınız ola bilər

Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatı üzrə danışıqlar 2020-ci il noyabrın 6-da başlayıb.

“Qərb Xəbər” “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci il sentyabrın 27-də baş vermiş hərbi əməliyyatların şəraitinin araşdırılması üzrə parlament komissiyasının iclasında deyib.

Paşinyanın sözlərinə görə, o, bəyanatı imzalamağa razılaşıb, lakin bir şərtlə ki, orada Şuşa və Ermənistan ərazisindən keçən ekstraterritorial dəhlizlə bağlı müddəaların olmasın. Bundan başqa, o, Ermənistan tərəfinə Azərbaycanın nəzarətində olan Hadrut rayonunun müqabilində Ağdam rayonunu geri qaytarmağı təklif edib.

“Noyabrın 8-nə olan məlumata görə, hərbçilər şəhərin bir hissəsinin Ermənistan tərəfinin nəzarəti altında olduğunu bildirsələr də, onu tamamilə geri qaytarmağın qeyri-mümkün olduğu aydın idi”, Paşinyan qeyd edib.

Bundan əlavə, Paşinyan əlavə edib ki, Qarabağda Xankəndinin zəifliyi siqnalı verilirmiş və Şuşa məsələsini həll edən Azərbaycan qüvvələrinin Qarabağın müdafiəsinin müdafiə zonalarına zərbələr endirərək, Şuşa vasitəsilə Xankəndiyə və Əsgərana doğru hərəkət etməsi təhlükəsi yaranırdı.

Onun sözlərinə görə, o, Rusiya prezidentinin vasitəçiliyi ilə danışıqları davam etdirib və noyabrın 8-9-da onunla 20-yə yaxın, bütün müharibə boyu isə 60-a yaxın telefon danışığı olub.
Tez aydın oldu ki, Azərbaycan tərəfi Ağdamın Hadrutla dəyişdirilməsi planını qəbul etməyib və tərəflər Ağdam və Şuşa haqqında heç nə deməyən mətnə ​​gəliblər. Hərbi əməliyyatların dayandırılması, 7 rayonun qaytarılması, Laçın dəhlizində və Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi barədə danışılıb.

“Noyabrın 9-u səhər mən bu sənədi imzaladım – qeyd edəcəm, səhər yox, axşam yox, yəni əslində noyabrın 8-dən 9-na keçən gecə. Amma məlum oldu ki, Azərbaycan imzalamır və daim yeni tələblər irəli sürür. Rusiya prezidenti Azərbaycanın Qazax bölgəsindəki anklavların qaytarılması ilə bağlı bənd təklif etdiyini deyəndə, mən bundan imtina etdim və rəsmən elan edilmiş belə bir sənədin imzalanmasını istisna etdiyimi vurğuladım.

Bir müddət sonra məlum oldu ki, bu bəndin götürülməsi ilə bağlı razılıq əldə olunub”, – Paşinyan bildirib.

Gecə yarısına yaxın hərbi əməliyyatların intensivliyinin artması, həmçinin Xankəndi səmasında çoxlu sayda pilotsuz təyyarələrin olması barədə xəbərlər gəlməyə başladı. Mürəkkəb və uzun sürən müzakirələrdən sonra Paşinyan əlavə edib ki, o, noyabrın 9-da səhər saatlarında olan versiyadan daha pis, lakin Meqri vasitəsilə dəhliz və ya Tavuş bölgəsindəki sovet anklavlarının köçürülməsini təklif edənlərdən daha yaxşı olan məlum sənədi imzalayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı