Politico portalı yazır ki, Azərbaycanın yüksək vəzifəli rəsmiləri Bakının qonşu ölkənin ərazisindən strateji dəhliz açmaq üçün müharibəyə hazırlaşmasına dair iddiaları rədd ediblər. Onlar, əksinə israr edirlər ki, Ermənistanla uzunmüddətli sülh müqaviləsi tezliklə imzalana bilər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehranda rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin çox qısa müddətdə bağlanması üçün real imkanlar var.
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev Politico saytına deyib ki, onun ölkəsinin Naxçıvana dəhliz açılması üçün Ermənistanın Syunik ərazisini zəbt etmək planı yoxdur.
Hacıyev bildirib ki, “Bu layihə onun ölkəsi üçün artıq “cazibədarlığını” itirib” və Azərbaycan bunu İran ərazisi ilə də edə bilər:
Bu, barədə “Qərb Xəbər” AzadlıqRadiosunun Azərbaycan bürosunun istinadən xəbər verir.
Mələk.M