Ağstafa

Gürcüstanda zəlzələ olub, Azərbaycanın sərhəd rayonlarında da hiss edilib

22 iyul / 13:58 1 dəq
669e157fd827d669e157fd827e1721636223c7c3e78e3c9d26cc1158a8735d548eaa
22 iyul / 13:58
Burada sizin reklamınız ola bilər

Gürcüstan Milli Seysmik Monitorin Mərkəzi Azərbaycanla sərhəddə yerləşən Deoplistkaro munisipaliteti yaxınlığında zəlzələnin baş verməsi ilə bağlı məlumat yayıb.

Qerbxeber.com xəbər verir ki, Mərkəz Tbilisi vaxtı ilə 12:08-də qeydə alınmış zəlzələnin episentrinin Deoplistkaronun şimal-qərbində yerləşən Leninovka kəndinin 3 kilometrliyində qeydə alındığını açıqlayıb. Zəlzələ 4,9 bal gücündə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss olunub

Qeyd edək ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub

Paylaş
Burada sizin reklamınız ola bilər