Gürcüstanda məktəblərdə tətil davam edir və şagirdlər, müəllimlər və valideynlər, hakimiyyətin qərarına qarşı etiraz edirlər.
Qerbxeber.com Aktual.ge istinadən xəbər verir ki, onlar tədris prosesində iştirakdan imtina edərək küçələrə axışırlar. Etiraz edənlər əsasən övladlarının Avropa gələcəyini müdafiə etməyə çağırırlar.
Tətilə qoşulan məktəblər arasında Tbilisi şəhərinin müxtəlif məktəbləri (117, 149, 174, 175, 192 saylı məktəblər), Rustavi, Batumi, Kutaisi və Zuqdidi bölgələrindəki məktəblər, həmçinin Alman məktəbi və Yaşıl məktəb də yer alır.