Dünya

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişindaşımalarının bərpası müzakirə edilib

16 iyul / 22:24 1 dəq
Railway demir yolu dəmir yolu
16 iyul / 22:24
Burada sizin reklamınız ola bilər
“Azərbaycan Dəmir Yolları”-nın sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə görüş keçiriblər.

Qerbxeber.com  Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayıb.

Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma xidmətlərinin bərpa olunması imkanlarını müzakirə ediblər.

Bildirilib ki, Rövşən Rüstəmov və Mariam Kvrivişvili Tbilisidə baş tutan görüşdə bu məsələnin əhəmiyyətini xüsusi vurğulayıblar.

Qeyd edək ki, nazir Mariam Kvrivişvili yaxın günlərdə Azərbaycana səfər edib. Səfər çərçivəsində onu Prezident İlham Əliyev qəbul edib və o, Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə bir sıra görüşlər keçirib.

Paylaş
Burada sizin reklamınız ola bilər