Dünya

Gürcüstan Ukraynadakı münaqişə ilə əlaqədar ölkədə terror aktları riskini açıqlayıb

30 iyul / 09:53 1 dəq
66a7f8721a5ac66a7f8721a5ad172228414666a7f8721a5aa66a7f8721a5ab
30 iyul / 09:53
Burada sizin reklamınız ola bilər

“Ukraynada silahlı münaqişə davam etdiyi bir vaxtda Gürcüstanda terror aktları riski qalmaqdadır.”

Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib.

“Ukraynada müharibə davam etdikcə risklər də davam edir. Nə qədər ki, kontekst bu şəkildə qalacaq, bu risklər də ölkəmizdə qalacaq. Buna əsaslanaraq biz dəfələrlə təkrar etmişik və təkrar edə bilərik ki, gələn il müharibənin başa çatmasına çox böyük ümidlər bəsləyirik. Bir daha deyim ki, bizim hesablamalarımıza görə Ukraynada müharibə ən geci gələn il başa çatmalıdır”, – deyə Kobaxidze bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər