Dünya

AKP sədrinin müavini: Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq

26 iyul / 21:17 2 dəq
99a69b66 9100 3efb 8ecd 8820021d593e 850
26 iyul / 21:17
Burada sizin reklamınız ola bilər

Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq, işlər davam edir.

Qerbxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu partiyasının Ədirnə şəhərində keçirilən toplantısında deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatını (TDT) gələcəkdə regional sülh və əmin-amanlığı təmin edəcək mühüm regional ittifaqa çevirəcək Zəngəzur dəhlizinin açılması üçün müvafiq addımlar atılır: “Dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa keçidi təmin edəcək. Cənab Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan -red.) bu mövzu ilə bağlı güclü iradəsi var və Azərbaycanla Türkiyə arasında bu mövzuda ciddi müzakirələr aparılır”.

Siyasətçi Zəngəzur dəhlizinin təkcə Türkiyə və Azərbaycan yox, bütün region üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Çin sərhədindən çıxan konteyner bu marşrutla, Türkiyə vasitəsilə Avropaya çatacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər