Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli qərarına şərhində müxtəlif yerlərdə maskadan istifadə qaydaları əksini tapıb.
“Qərb Xəbər”in məlumatına görə, bura şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri də (avtobus, taksi, metro, dəmiryolu və s.) daxildir.
Həmçinin fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində və açıq sahəli ofislərdə və istehsalat yerlərində də maska tələbi qüvvədə qalır.