Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu”nun mərkəzi qərargahında Parlament çoxluğu və hökumət komandası ilə görüşdən sonra keçirilən brifinqdə bəyan edib.
Onun sözlərinə görə, danışıqların başlanması məsələsi bu gün də eynilə əvvəlki dövrdə namizədlik statusu kimi şantaj və cəmiyyətin parçalanması üçün istifadə edilir.
“Avropa İttifaqına inteqrasiyanı mərhəmət kimi qiymətləndirmək qətiyyən qəbuledilməzdir” – deyib İrakli Kobaxidze.
O, sözlərini yekunlaşdırarkən Avropa Parlamentində Gürcüstanla bağlı qətnamənin qəbul edilməsini də tənqid edib.