Gəncəyə əlavə qatar reysi təyin olundu
Sentyabrın 28-də Bakıdan III MDB Oyunlarının açılışının keçiriləcəyi Gəncəyə əlavə qatar reysi təyin olunub.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, Bakıdan Gəncəyə təyin olunan əlavə reys saat 13:00-da Bakıdan çıxacaq və saat 16:56-da Gəncə dəmiryol vağzalında olacaq.
Bakıdan Gəncəyə biletin qiyməti 18,80 manat təşkil edir.
Biletləri göstərilən QR kod üzərindən əldə etmək mümkündür.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı