Ağstafa

Gəncə-Mingəçevir-Ağstafa marşrutu ilə ilk səfər

26 sentyabr / 20:21 1 dəq
Qatarr
26 sentyabr / 20:21
Burada sizin reklamınız ola bilər

Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin yeni Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə rəmzi səfər təşkil edilib.

Qerbxeber.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Səfər çərçivəsində Mingəçevir şəhər rəhbərliyi, millət vəkilləri və media nümayəndələrinin iştirakı ilə Mingəçevir stansiyasında tədbir keçirilib.

28 sentyabrdan başlayaraq müasir elektrik qatarları ilə bu marşrut üzrə ilk dəfə olaraq regiondaxili sərnişindaşıma xidmətinə başlanacaq.

Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə Mingəçevir şəhəri və qərb regionu arasında rahat və təhlükəsiz səyahət imkanları təqdim olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər