Bölgə xəbərləri

Gədəbəydə kafedə dava olub

26 avqust / 08:33 1 dəq
Images 2023 08 26T083316.929
26 avqust / 08:33
Burada sizin reklamınız ola bilər

Gədəbəydə kafedə dava olub, cinayət işi açılıb.

Bu barədə “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 25-də saat 11 radələrində Gədəbəy rayonu Qalakənd kəndi ərazisində kafelərin birində bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq hərəkətləri ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin hərəkətləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq polis şöbəsinə gətiriliblər.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Fakta görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər