Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Əliyev 1920-də pozulan ədaləti bərpa edir – Babacanyan

26 avqust / 08:27 5 dəq
Eliyev film
26 avqust / 08:27
Burada sizin reklamınız ola bilər

Ötən gün Nikol Paşinyan hökumətin iclasında deyib ki, sülh gündəminə sadiq qalaraq, sülh müqaviləsi ilə bağlı Ermənistanın yeni təkliflərini Azərbaycana təqdim etdik. Paşinyan bu yeni təkliflərin nədən ibarət olduğunu və yeni təkliflərin Azərbaycanın rədd etdiyi köhnə təkliflərdən nə ilə fərqləndiyini, Ermənistanın niyə Azərbaycan üçün daha məqbul ola biləcək yeni təkliflərlə çıxış etməyə məcbur olduğunu açıqlamayıb.

Bu barədə erməni ekspert Avetis Babacanyan yazıb.

O iddia edib ki, Paşinyan “sülh gündəminin qələbəsi naminə” Azərbaycanın əsas tələbi olan Sünikin (Qərbi Zəngəzur) “sülh yolu ilə təhvil verilməsini” təklif edə bilər.

Bu aqressiv, kinayəli reaksiyasından sonra isə Babacanyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın ərazi bütövlüyünü tanıdığını dilə gətirmədiyini xatırladıb:

“Baxmayaraq ki, Paşinyan hətta toy sağlıqlarında da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Azərbaycan təbii ki, Qərbi Zəngəzurun ələ keçirilməsindən rəsmən danışmır, amma İlham Əliyev bəyan edir ki, Ermənistan Naxçıvanla quru əlaqə yaratmaq üçün dəhliz ayırmalıdır. Azərbaycan hakimiyyətinə aid ekspertlər məqsədlərinin Qərbi Zəngəzuru tamamilə ələ keçirib, Azərbaycana qatmaq olduğunu, Azərbaycan prezidentinin belə bir problemi öz qarşısına qoyduğunu açıq şəkildə deyirlər. Azərbaycan bəyan edir ki, 1920-ci ildə Zəngəzur Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib, nəticədə Azərbaycan ərazisi iki yerə bölünüb, Naxçıvan Azərbaycanın qalan hissəsindən ayrılıb; onlar bildirirlər ki, pozulmuş tarixi ədaləti bərpa edəcəklər. Türkiyənin nöqteyi-nəzəri Azərbaycandan fərqlənmir, Türkiyə hakimiyyəti rəsmi şəkildə Ermənistanın Azərbaycana dəhliz verməli olduğunu deyir”.

Babacanyanın fikrincə, bunun sübutu Ermənistanın Türkiyə ilə olan körpünü təmir etmək üçün milyonlar xərcləməsidir:

“Ermənistan hökuməti Türkiyə hakimiyyəti ilə Ermənistan-Türkiyə sərhədinin açılacağı, gömrük məntəqəsinin işləyəcəyi, yolun istismarı ilə bağlı dəqiq razılaşma olmasaydı, belə xərclər edərdimi? Söhbət sərhədin nə vaxt açılacağı və ya Ermənistandan hansı güzəştlər olacağı təqdirdə Türkiyə hakimiyyətinin sərhədin açılmasına icazə verməsidir.

Türkiyə hakimiyyəti artıq bir neçə dəfə bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə paraleldir, Ermənistan-Azərbaycan münasibətləri tənzimlənmədən Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi mümkün deyil. Artıq qeyd etdiyimiz kimi, Türkiyə də Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasını o halda mümkün hesab edir ki, Ermənistan Azərbaycana dəhliz versin. Əgər Ermənistan hakimiyyəti Türkiyə ilə sərhəddə bu qədər ardıcıl şəkildə yol və gömrük infrastrukturu tikirsə, bu, onların Türkiyə hakimiyyəti ilə Azərbaycanın bütün tələblərini yerinə yetirəcəkləri barədə razılığa gəlməsinin sübutu deyilmi?

Paşinyan Zəngəzurun verilməsini çox asanlıqla əsaslandıra bilər ki, bu, Zəngəzurun təhvil verilməsi demək deyil, əslində bununla Ermənistanın təhlükəsizliyi gücləndirilir. Qapalı görüşlərdə Paşinyan hakimiyyətinin nümayəndələri deyirlər ki, ruslar gedəndən sonra Ermənistan ya fars, ya da türk nəzarət zonasına çevrilməlidir və onlar daha mütərəqqi, daha qərbyönlü Türkiyə təsir zonasında yer almağa üstünlük veriblər. Paşinyan deyə bilər ki, Zəngəzuru Türkiyənin nəzarətinə verməklə Ermənistan özünü mümkün İran təhlükəsindən sığortalayır. Bunu ağlasığmaz hesab edənlərin hamısı Paşinyan administrasiyası dövründə nə qədər ağlasığmaz görünən hadisələrin baş verdiyini bir daha xatırlasınlar”.

Axar.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı