Gərginlik artır – MN: “Azərbaycan Ordusunun sülhməramlılara atəş açması məlumatı yalandır”
“Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır”.
“Qərb Xəbər” Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatlar təxribat xarakteri daşıyır.





