Gədəbəy rayonunun Arıqdam kəndində kafelərin birində mübahisə düşüb, 1 nəfər beşbarmaqla vurulub.
“Qərb Xəbər”in məlumatına görə, 1988-ci il təvəllüdlü R.Abışov kafelərin birində tanımadığı şəxslə mübahisə edib. Mübahisə əsnasında həmin şəxs onu beşbarmaqla vuraraq müxtəlif bədən xəsarətləri yetirib.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.