Ağstafa

Gədəbəydə Baş prokuror Kamran Əliyev vətəndaşları qəbul edəcək

12 iyun / 12:51 1 dəq
Indir 2025 06 12t125046.601
12 iyun / 12:51
Burada sizin reklamınız ola bilər

Baş prokuror Kamran Əliyev iyunun 20-də, saat 10:00-da Gədəbəy rayon prokurorluğunun inzibati binasında Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Qerbxeber.com-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gədəbəy rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Paylaş
Burada sizin reklamınız ola bilər