Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Tovuz döyüşlərini əks etdirən eksponatlar İstiqlal Muzeyinə verilib

10 sentyabr / 15:42 2 dəq
2fe2bba2 624e 3cc2 8739 331d3770ece0
10 sentyabr / 15:42
Burada sizin reklamınız ola bilər

Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə öz fəaliyyətini onlayn qaydada davam etdirən İstiqlal Muzeyi ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq “Vətən sizinlə qürur duyur!” layihəsini həyata keçirib.

Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, həmin layihə çərçivəsində muzeyin elmi işçisi Aynurə Tağıyeva iyul ayında Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalan Tovuz rayonunun Ağdam kəndində olub.

O, Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun ailəsinə baş çəkib, onun döyüş yolu ilə maraqlanıb və doğmaları ilə birlikdə cəsur Vətən müdafiəçisinin xatirəsini yad ediblər.

Milli Qəhrəmanın ailəsi onun hərbi xidmətdə olduğu zaman ailəsinə göndərdiyi məktubu, eləcə də şəxsi qol saatını və bir neçə fotosunu muzeyə təqdim edib. Onu da qeyd edək ki, Naiq Yusifov Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqovla qohumdur. Yusif Sadıqovun oğlu Mehdi bu ilin mayında atasına aid olan fotoları muzeyə hədiyyə edib.

Muzeyin əməkdaşı iyulda düşmənin Tovuz rayonuna hücumunun qarşısının alınması zamanı şəhid olmuş Elşad Məmmədovun valideynləri ilə də görüşüb, Ağdam kəndinin müdafiəsi zamanı göstərdiyi qəhrəmanlıqla maraqlanıb.

Atası oğluna məxsus qol saatını və portmanatını muzeyin eksponatları arasına qoyulması üçün muzey əməkdaşına təqdim edib. İyulun 13-də ermənilər tərəfindən artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizovun həyətində partlamış mərminin bir neçə qəlpəsi də muzey izləyicilərinə təqdim edilmək üçün götürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı