Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Borrelin sözçüsü: Aİ Dnestryanıdakı vəziyyəti diqqətlə izləyir

1 mart / 08:55 2 dəq
1 mart / 08:55
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı Dnestryanıdakı vəziyyətin inkişafını diqqətlə izləyir, Moldovanın ölkədə və regionda sülhün və sabitliyin qorunmasına konstruktiv yanaşma tapmaq bacarığına əmindir.

Qerbxeber.com xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano mətbuat konfransında deyib.

“Avropa İttifaqı Moldova Respublikasında və separatçı Dnestryanı bölgədə vəziyyətin inkişafını çox diqqətlə izləyir. Biz əminik ki, bu regionun sabitliyi hər şeydən əvvəl Dnestrin hər iki sahilindəki əhalinin maraqlarına uyğundur. Bu kontekstdə biz hər iki tərəfi konstruktiv dialoqa çağırırıq. Biz Moldova Respublikasının hökuməti və hakimiyyət orqanları ilə daimi və sıx əlaqədəyik, əminik ki, onlar mövcud vəziyyəti həll etmək üçün mümkün olan hər şeyi edəcəklər”, – Peter Stano bildirib.

O, Avropa İttifaqının Dnestryanı ətrafındakı münaqişənin sülh yolu ilə və hərtərəfli həllinə dəstəyini davam etdirdiyini vurğulayıb.

“Bu, Moldova Respublikası ərazisində dondurulmuş münaqişədir, ona görə də biz bu məsələyə Aİ və onun üzv dövlətlərinin tam dəstəyini alan Moldova Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında yanaşırıq”, Aİ rəsmisi vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də keçirilən “konvensiyada” Moldovanın separatçı Dnestryanı bölgəsinin deputatları Rusiya Federasiya Şurasına və Dövlət Dumasına müraciət edərək “Moldovadan artan təzyiq” fonunda qondarma respublikanın müdafiəsi üçün tədbirlərin həyata keçirilməsi xahişi ilə müraciət ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı