Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır
Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını Helsinkidən göndərmək niyyətindədir.
“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Finlandiya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
“Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır”, – mətndə deyilir. Bəyanata görə, Finlandiya onları kəşfiyyat fəaliyyətində ittiham edir.
“Finlandiya Xarici İşlər Nazirliyi bu barədə Rusiya səfirini məlumatlandıracaq”, – məlumatda deyilir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın Moskvadakı səfiri Antti Helanteryaya qarşılıqlı şəkildə konsulluqların ixtisar ediləcəyi barədə məlumat verib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı