Dünya

Haaqada Rusiyanın BMT-nin sazişini pozmasının tanınması ilə bağlı dinləmələr başlanıb

7 iyun / 09:33 2 dəq
1ede61f6 a500 32e8 9bc0 ac9782683c40
7 iyun / 09:33
Burada sizin reklamınız ola bilər

Haaqada Rusiyanın BMT-nin antiterror sazişini pozmasının tanınması ilə bağlı dinləmələr başlanıb.

“Qərb Xəbər” xarici KİV ə istinadən xəbər verir ki, iyunun 6-da Ukrayna və Rusiyadan olan hüquqşünaslar müharibə başlayandan sonra ilk dəfə Beynəlxalq Ədalət Məhkəməsində görüşüblər.

Beynəlxalq Ədalət Məhkəməsinin 16 hakimindən ibarət kollegiyası Ukraynann Moskvanın BMT-nin antiterror müqaviləsini pozması ilə bağlı iddiasına baxmağa başlayıb. Ukrayna, həmçinin Haaqa Məhkəməsindən Rusiyanın Krımda tatar etnik qrupuna qarşı ayrı-seçkiliyini dayandırmağı tələb edib.

Rusiyanın iyunun 8-də keçiriləcək məhkəmə iclasında Kiyevin iddiasına cavab vermək imkanı olacaq.

BMT-nin dövlətlər arasında mübahisələr üzrə ali orqanı sayılan Beynəlxalq Ədalət Məhkəməsinin qərarları məcburidir, lakin icra mexanizmi yoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanın 2014-cü ildə nəzarətə götürdüyü Donbasda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını tanıyıb.

Paylaş
Burada sizin reklamınız ola bilər