Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Tbilisidə müxalifətin genişmiqyaslı etiraz aksiyası keçirilib

10 may / 10:50 2 dəq
Ba89d75d979d1b7192fc2baab24891ca
10 may / 10:50
Burada sizin reklamınız ola bilər

Paytaxt Tbilisidə Avlabari metrostansiyasından “Güc birlikdə, güc Avropadadır” şüarı ilə genişmiqyaslı yürüş başlayıb.

Qerbxeber.com 24News.ge istinadən xəbər verir ki, aksiya ölkədə son dövrlərdə siyasi səbəblərlə həbs olunmuş şəxslərə dəstək məqsədi daşıyır və Avropa dəyərlərinə sadiqliyin nümayişi kimi qiymətləndirilir.

Yürüşdə yüzlərlə insan – saxlanılanların ailə üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri, müxalifət partiyalarının təmsilçiləri və sadə vətəndaşlar iştirak ediblər. Aksiya iştirakçıları “Rejim məhbuslarına azadlıq” kimi çağırışlar əks olunan bannerlər və saxlanılan fəalların fotoşəkilləri ilə yürüş ediblər. Eyni zamanda müxtəlif Avropa İttifaqı simvolları və Gürcüstan bayraqları da nümayiş etdirilib.

Yürüşçülər Avropa meydanına doğru irəliləyiblər. Meydanda səhnə və texniki avadanlıq quraşdırılıb. Tədbirin əsas hissəsi burada davam etdirilib. Tribunadan bir-bir çıxış edən saxlanılanların yaxınları, hüquq müdafiəçiləri, həkimlər, fəallar və sənət adamları – hökuməti siyasi təqiblərə son qoymağa çağırıblar. Onlar həmçinin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası yolunda demokratik dəyərlərin qorunmasının vacibliyini vurğulayıblar.

Təşkilatçılar bildiriblər ki, bu aksiyanın əsas məqsədi ictimai diqqəti məhbuslara və insan haqlarına yönəltmək, eləcə də hakimiyyətin Avropa standartlarına uyğun fəaliyyət göstərməsinə çağırış etməkdir.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı