FHN Sumqayıtdakı yanğınla bağlı məlumat yayıb – VİDEO
Sumqayıt şəhərində ümumi sahəsi 300 m² olan dəmir konstruksiyadan ibarət mağazanın taxta atmaları, içərisində taxta və plastmas taralara yığılan meyvə-tərəvəz məhsulları 250 m² sahədə yanıb.
FHN-dən “Qərb Xəbər”ə verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqda dayanan “Mercedes” markalı yük avtomobilinin 1 ədəd ön farası və buferi əriyib. Mağazanın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı