Hadisə

Ermənilər Azərbaycan Ordusunun Şuşa və Laçın istiqamətindəki mövqelərini atəşə tutub

12 iyul / 09:15 1 dəq
56ab7ece 24bc 3286 a379 c32e51f061ce
12 iyul / 09:15
Burada sizin reklamınız ola bilər

İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər