Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Şərqi Azərbaycanda zəlzələ baş verib, çox sayda ölən var – VİDEO

8 noyabr / 12:14 2 dəq
Zelzele
8 noyabr / 12:14
Burada sizin reklamınız ola bilər

Şərqi Azərbaycan Əyalətində 5.9 bal gücündə zəlzələ baş verib, çox sayda ölən və xəsarət alanlar var.

Təbriz Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, zəlzələnin episentri Şərqi Azərbaycanın Tərk şəhərində olub.

Yerli kütləvi informasiya vasitələri təbii fəlakət nəticəsində Vərənkeş kəndində 5 nəfərin öldüyü, 30 evin dağıldığını yazıb. Təbii fəlakət nəticəsində 320 nəfərin də müxtəlif kənd və qəsəbələrdə bədən xəsarəti aldığı bildirilir.

2 kilometr dərinlikdə yerləşən zəlzələ Təbriz vaxtı ilə saat 2:17-də baş verib. ZəlzələTəbriz şəhərindən şərqdə 118 kilometr məsafədə qeydə alınıb.

Ərdəbil rəsmilərinin verdiyi məlumata görə, zəlzələ bu əyalətdə hiss olunub, lakin bölgəyə ciddi ziyan dəyməyib. Təbii fəlakət nəticəsində ölən yoxdur, sadəcə bir neçə nəfər yüngül xəsarət alıb.

Miyana şəhərinin Kəndvan və Türkmənçay məntəqələrində yerləşən kəndlərdə bir çox evin təxrib olunduğu da qeyd olunur.

 

“İrna” xəbər agentliyi təbii fəlakət bölgəsinə xilasedici qruplar və təcili tibbi yardım briqadalarının göndərildiyini qeyd edib.

Miyana Şəhər İcra Hakimiyyəti başçısının müavini bildirib ki, Miyana-Bostanabad yolunun keçdiyi dağın bir hissəsi zəlzələ nəticəsində çöküb.

Tərk şəhərində baş verən zəlzələ ən azı 7 qonşu əyalətdə hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Miyanada baş verən zəlzələ Azərbaycanın bir sıra rayonlarında – Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib.

“Bölgənin Səsi” olaraq hadisə zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik!

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı