İqtisadiyyat

Ermənilər 1992-2023-cü illər ərzində Azərbaycana 20 milyard manatdan artıq maddi ziyan vurub

15 fevral / 09:27 2 dəq
0deebcd9 Cfe7 326c 8c86 F1492b578be3 850
15 fevral / 09:27
Burada sizin reklamınız ola bilər

1992-2023-cü illər ərzində ermənilər tərəfindən qanunsuz iqtisadi fəaliyyətlər nəticəsində Azərbaycana 20.9 milyard manatdan artıq maddi ziyan vurulub.

Qerbxeber.com xəbər verir ki, bu haqda hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub.

Bildirib ki, Azərbaycan Respublikasına məxsus olmuş sərvətlərin qanunsuz istismar edilməsi hesabına əldə edilən gəlirlər də daxil olmaqla ümumilikdə kənd təsərrüfatı, mineral xammal hasilatı, enerji (hidroenerji) istehsalı, pərakəndə ticarət, ictimai iaşə dövriyyəsinin həcmi, sənaye məhsulunun və digər fəaliyyət sahələri, habelə “Frank Müller Group” şirkətinin qanunsuz fəaliyyəti, qanunsuz balıq kürüsü istehsalı fəaliyyəti və “Artsakhbank” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən aparılmış qanunsuz maliyyə əməliyyatları üzrə cəmi 20.9 milyard manatdan artıq maddi ziyan vurulmaqla əldə edilən qanunsuz gəlirlər terrorçuluğun maliyyələşdirilməsinə xərclənib.

Paylaş
Burada sizin reklamınız ola bilər