Xəbər

Ermənistanda hərbi tibbi avtomobil yük maşını ilə toqquşub, yaralananlar var

14 aprel / 09:58 1 dəq
1ce7c4d2 6d55 305c 9da4 7fd1214c5f08
14 aprel / 09:58
Burada sizin reklamınız ola bilər

Ermənistanda hərbi təcili tibbi yardım avtomobili ilə yük maşınının toqquşması nəticəsində ambulansın sürücüsü və iki tibb işçisi yaralanıb.

“Qərb Xəbər” “Shamshyan”a istinadən bildirir ki, ölkənin Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Hadisə Zəngəzurda İrəvan-Mehri avtomobil yolunun 181-ci km-liyində baş verib.

Məlumata görə, avtomobillər toqquşub qaz kəmərinə dəyərək dərəyə aşıb.

Yaralı hərbçilər Qarakilsə rayonu ərazisindəki hospitala yerləşdiriliblər.

Ermənistan Müdafiə Nazirliyi isə bunu təkzib edərək, yaralılara ambulator yardım göstərildiyini bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər