Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ermənistana gələn ABŞ hərbçiləri geri qayıtmayacaq – Karauz

9 sentyabr / 10:38 3 dəq
Indir 2023 09 09T103739.886
9 sentyabr / 10:38
Burada sizin reklamınız ola bilər

Cənubi Qafqazda yeni dövr başlayır. Bundan sonra fərqli hadisələr baş verəcək və vəziyyət daha da gərginləşəcək. Əvvəldən də vəziyyətin dəyişəcəyi ilə bağlı siqnallar vardı. Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti ordu, dövlət və xalqı dərin əzilmişlik böhranına sürüklədi. Ona görə də indi Qərbdə özlərinə qəyyum axtarırlar. 11-20 sentyabr tarixlərində ABŞ-la birlikdə keçiriləcək “Qartal tərəfdaşı 2023” təlimi də bunun təzahürlərindəndir.

Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General təlimə gələcək ABŞ hərbçilərinin böyük bir qisminin fərqli adlar altında orada qala biləcəyi ehtimalının yüksək olduğunu vurğulayıb:

“Əlbəttə, sözügedən təlimdə əsas məqsəd Rusiyaya siyasi mesaj verməkdir. Ancaq fikrimcə, ABŞ-ın göndərdiyi 85 hərbçinin böyük bir qisminin təlimdən sonra təlim-tədris, təşkilati işlər, hərbi məsləhətçi, müşavir və s. adlar altında Ermənistanda qalma və fəaliyyət göstərmə ehtimalı çox böyükdür. Bu, vəziyyəti daha qarışıq hala gətirəcək, Rusiyanı hiddətləndirəcək və ölkə daxilində hakimiyyət uğrunda mübarizəni qızışdıracaq. Hətta Ermənistanda qalacaq Amerika hərbçilərinin AB-nin oradakı “mülki missiya”sının pərdə arxasında fərqli vəzifələr yerinə yetirən üzvləri ilə birlikdə fəaliyyət göstərəcəyini də təxmin etmək olar. Bütün baş verən hadisələri böyük çərçivədə və hərtərəfli şəkildə görməli, buna görə hazırlığımızı aparmalıyıq. Paşinyan hökumətinin AB missiyasını ölkəyə dəvət etməsini, NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin İrəvanın təşkilata üzvlük təklifini, ABŞ-la birgə keçiriləcək təlimi və digər məsələləri göz önünə aldığımız zaman artıq Qərbin Cənubi Qafqazda Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açdığını deyə bilərik”.

Axar.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı