Dünya

Ərdoğan Putinlə telefonla danışdı

18 iyul / 22:58 1 dəq
Putin erdogan new
18 iyul / 22:58
Burada sizin reklamınız ola bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Vurğulanıb ki, Ərdoğan Rusiya lideri ilə ikitərəfli münasibətlər və regional məsələləri, xüsusilə Suriyadakı hadisələri müzakirə edib.
Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun başlamasının mühüm əhəmiyyət kəsb etdiyininin altını çızıb. Ərdoğan tərəflər üçün uyğun tarixlər müəyyən edildikdən sonra Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini bildirib.
Paylaş
Burada sizin reklamınız ola bilər