Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Entoni Blinken: ABŞ Gürcüstan hökumətinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

5 dekabr / 13:05 3 dəq
President Biden Reconvenes Major Economies Forum On Energy And Climate WASHINGTON, DC - SEPTEMBER 17: U.S. Secretary of State Antony Blinken listens as U.S. President Joe Biden speaks during a conference call on climate change with the Major Economies Forum on Energy and Climate, in the South Court Auditorium in the Eisenhower Executive Office Building on September 17, 2021 in Washington, DC. (Photo by Al Drago/Getty Images)
5 dekabr / 13:05
Burada sizin reklamınız ola bilər
“ABŞ indi əlimizdə olan alətlərdən istifadə etməyə hazırlaşır, bunlar arasında əlavə sanksiyalar da var”.

Qerbxeber.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Gürcüstandakı hadisələrə dair bəyanatında bildirib.

“ABŞ 32 ildən çoxdur ki, Gürcüstan və gürcü xalqının tərəfdaşıdır. Bizim tərəfdaşlığımızın əsasında azadlıq və demokratiyaya olan ortaq sevgimiz və Gürcüstanın Avroatlantik ailəsinə daxil olmasını görmək istəyimiz dayanır. Biz əl-ələ verərək Gürcüstan hökuməti və gürcü xalqı ilə sıx əməkdaşlıq edərək Gürcüstanın iqtisadiyyatının inkişaf etməsi, təhsil sisteminin yaxşılaşdırılması, müdafiə qabiliyyətlərinin gücləndirilməsi və səhiyyə və kənd təsərrüfatı sektorlarının genişlənməsi üçün ardıcıl şəkildə işlədik. ABŞ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib və bizim Gürcüstanın cəsur xalqı və onların Avroatlantik hədəflərinə sadiqliyimiz qəti şəkildə davam edir.

ABŞ ‘Gürcü Arzusu’nun Gürcüstan vətəndaşlarına, nümayişçilərə, media üzvlərinə və müxalifət nümayəndələrinə qarşı amansız və əsasız zorakılığını qətiyyətlə pisləyir. Biz ‘Gürcü Arzusu’nu repressiv taktikalara, o cümlədən tənqidçiləri susdurmaq məqsədilə qanunsuz həbs və fiziki zorakılıq tətbiq etməyə son qoymağa çağırırıq. Biz xüsusilə hüquq-mühafizə orqanları tərəfindən insanlara vurulmuş ciddi zədələr barədə məlumatlardan narahatıq. Sülh yolu ilə toplaşma və ifadə azadlığı hüququnu həyata keçirmək üçün həbs olunan şəxslər dərhal azad edilməli və qanunsuz zorakılıq tətbiq edənlər tam cavab verməlidirlər.

ABŞ gürcü xalqına və onların demokratik hədəflərinə həmrəyliyini bildirir. Gürcüstanda demokratik prosesləri və institutları zəiflədənlər – o cümlədən, Gürcüstan vətəndaşlarının sülh yolu ilə toplaşma və ifadə azadlığı hüququnu boğanlar cavabdeh olmalıdırlar. Əvvəlcədən elan edilmiş qarşılıqlı əməkdaşlığın geniş nəzərdən keçirilməsini davam etdirməkdən əlavə, ABŞ indi əlində olan alətlərdən, o cümlədən əlavə sanksiyalardan istifadə etməyə hazırlaşır”, – deyə ABŞ-ın baş diploamtı bildirib.

Qeyd edək ki, 28 noyabr tarixindən Gürcüstan hökuməti 2028-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə danışıqların başlanması məsələsini gündəmə gətirməmək və 2028-ci ilin sonuna qədər Aİ-dən heç bir büdcə qrantı almayacağı barədə qərar qəbul edib. Bu qərardan sonra Gürcüstanda etirazlar baş verib. 28 noyabrdan etibarən etiraz aksiyaları Tbilisidə və regionlarda keçirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı