Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Əli Əsədov: Azərbaycan süni intellekt strategiyasını hazırlayır

31 yanvar / 12:01 2 dəq
3014b931 68ac 33fa 9adb 04d0e71d671a 850
31 yanvar / 12:01
Burada sizin reklamınız ola bilər

Hazırda Azərbaycanda süni intellekt strategiyası hazırlanır və bu texnologiyanın tətbiqi nəticəsində səmərəliliyin əhəmiyyətli dərəcədə arta biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilir.

Qerbxeber.com xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün “Digital Almaty” beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib.

“Biz Azərbaycanın süni intellekt strategiyasını hazırlayırıq. Süni intellekt texnologiyasının tətbiqinin səmərəliliyi əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bu, ilk növbədə, səhiyyə, nəqliyyat və təhsil sahələridir. Həmçinin bu sahədə müasir və çevik qanunvericiliyin hazırlanması və tətbiqinə xüsusi diqqət yetiririk”, – Baş nazir bildirib.

Onun sözlərinə görə, xüsusilə bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb.

“Bu, vətəndaşların dövlət orqanları ilə qarşılıqlı əlaqəsini asanlaşdırır, rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına kömək edir.

Ə.Əsədov vurğulayıb ki, Azərbaycan rəqəmsal inkişafa dövlət strategiyasının ən vacib elementi kimi çox böyük önəm verir.

“Bu il yanvarın 16-da Azərbaycanda “Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilib. Bu sənəd ölkənin rəqəmsal transformasiyası üçün əsas istiqamət olub, bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edib. Rəqəmsal inkişaf strategiyasının əsas istiqamətlərindən biri süni intellektdir”, – o qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı