Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

DVX: “Bu il vergi ödəyicilərinə xidmət mərkəzlərində 476 mindən çox şəxs qəbul edilib”

2 ay ago
A A
2139447

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 476 445 şəxs qəbul edilib.

“Qərb Xəbər” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.

Məlumata görə, onlara 860 402 sayda xidmət göstərilib ki, bunlardan 209 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 193 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.

Ümumi elektron xidmətlərin 87,9 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

– bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

– qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

– vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

– sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi;

– vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

– fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

– “ASAN İmza” sertifikatlarının verilməsi;

– vergi ödəyicilərinə arayışların verilməsi;

– vergi ödəyicisinin fəaliyyətinin bərpası;

– fiziki şəxsin uçotdan çıxarılması.

9 ay ərzində vergi ödəyicilərindən daxil olmuş 22,9 minə yaxın yazılı müraciət cavablandırılıb, 9,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1,274 milyona yaxın SMS göndərilib.

Hesabat dövründə 2 454 vergi ödəyicisinin iştirakı ilə 203 görüş keçirilib, 3 675 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Son xəbərlər

mn

Azərbaycanda hərbçilərin aylıq vəzifə maaşları 20 faiz artırılacaq

29 Noyabr 2023
indir - 2023-11-29T100517.764

Laçında açıq səma muzeyi yaradılacaq

29 Noyabr 2023
993da299-ddf2-4593-a368-0b7dedf3db34_850 (1)

Fələstin İsraillə atəşkəsi uzatmağa hazırdır

29 Noyabr 2023
indir - 2023-11-29T095229.352

Şəmkirdə kişi intihar edib

29 Noyabr 2023
6ca0dc7d-9685-3e94-93a4-1d91adba915c_850

Məktəblərdə qızılca ilə bağlı son vəziyyət açıqlanıb

27 Noyabr 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.