Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

SEPAH-ın Azərbaycanla bağlı planının detalları

2 həftə ago
A A
sepah-yeni

İranda, əsasən, Qum şəhərində yerləşən İnqilab Keşikçilərinin himayəsi altında çalışmalarını davam edən “Hüseyniyyun” terror qruplaşması yeni bir kitab çıxarıb. Kitabın adı “Kərimə dövlət”dir. Terror qruplaşması bu kitabla hədəflərini çox aydın bir şəkildə ifadə ediblər.

“Qərb Xəbər” bildirir ki, bu sözləri Axar.az-a Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

O, kitabda İran rejiminin görüşünün izah edildiyini vurğulayaraq, əsas hədəfin Şimali Azərbaycanda bənzər quruluşu yaratmaq olduğunu diqqətə çatdırıb:

“Bunlar guya Quranın bir sıra ayələrinə “istinad edərək”, deyirlər ki, hakimiyyət ancaq Allaha məxsusdur. Onu da təsvir edərək bildirirlər ki, Allahın yer üzərində təmsilçiləri Hz. Məhəmməd, Əhli-Beyt və İmam Zamandır. İmam Zamanın da qeyri-şərtsiz təmsilçisi imam Xomeynidir. Ondan xaric nə varsa, hamısı tağutdur. Yəni bunların anlayışına görə, Allah əmr edib ki, biz bunlara gözübağlı itaət edək. Xalqın, insanların görüşünün, nə düşündüyünün, demokratiyanın heç bir əhəmiyyəti yoxdur. Bu kitabın qısa məzmunu budur. Tağutun da əleyhinə Quranda cihad əmri verilib. Bunun nə elmi, nə də dini baxımdan qəbul edilən bir tərəfi var. Çox ciddi din adamları bu görüşü qəbul etmirlər”.

Cavadi kitabın Qum şəhərində belə yüksək keyfiyyətlə çap edilməsini SEPAH-ın, özəlliklə, Qüds briqadasının “Hüseyniyyun” terror qruplaşmasını dəstəkləməsinin isbatı kimi göstərib:

“Bu kitab Azərbaycan dilində, məhz Azərbaycan üçün yazılıb. Bunların görüşü budur ki, İranda “Kərimə dövlət” var və bu modeli şiə toplumlarına yaymaq lazımdır. Onlar Azərbaycanı “şiəliyin ana vətəni” kimi görürlər. Odur ki, bunun tez bir zamanda şiələrin çox olduğu Azərbaycanda tətbiq edilməsinə çalışırlar. Bunların “müqavimət” dedikləri bir məsələ var – o da Yəmən husilərindən başlayıb, Livanın Hizbullahına kimi uzanır. Şiə ölkələrinin hamısında “Kərimə dövlət” qurub, sonra digər müsəlman ölkələrinə, daha sonra isə dünyaya tətbiq etmək fikrindədirlər”.

O bildirib ki, yürüdülən siyasətə əsasən şiə ölkələrində yaradılan “Kərimə dövlət”in dili farsca olmalıdır:

“Bunlar İranı və fars dilini şiə dünyasının sivilizasiyası olaraq görürlər. Şiə məfkurələrində farslığın və fars dilinin özəl yeri var. Bu, fars şiəliyini, ərəb sünniliyinə qarşı qoyan bir axındır. Məqsədi isə belədir ki, şiəlik olsun, amma fars dilində. Bunların bir şeyxi var – Orxan Məmmədov. O demişdi ki, bizim bu davamız İran mədəniyyətinin Turan vəhşiliyinə qarşı davasıdır. Bunların təşkilat rəhbərlərinin əksəriyyəti qondarma “talış-muğan respublikası”nın qalıntılarıdır. Başçıları Tofid İbrahimbəylidir, hətta İranda Ələkram Hümbətovun anım mərasimini də keçirdilər. Həmin bu hüseyniyyunçular Moskvada yaşayan talış separatçılarını, o cümlədən Zabil Məhərrəmovu da çağırmışdılar”.

Son xəbərlər

mq2 (5)

Köhnə bolşevikin baxımsız küçəsi – Tovuzdan reportaj

29 Mart 2023
6424367e60c756424367e60c7616800948466424367e60c726424367e60c74

İranda azərbaycanlı müəllimlər etiraza qalxdı

29 Mart 2023
50b96a08-5f42-3a1f-8a05-5936ab0b34d9_850

Ağstafada 14 yaşlı yeniyetmə qətlə yetirilib

29 Mart 2023
mq2 (4)

Turizmin zibillikdən keçən yolu – Qazax

29 Mart 2023
b40fe981-db34-377c-97d8-c4d6fde0d9b7_850

“Turan Tovuz” legioneri ilə müqaviləni uzadıb

29 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.