Dünən gecə saat 22.25 -də Gürcüstanda zəlzələ baş verib.
Yeraltı təkanların mərkəzi Gürcüstanın Dumanisi rayonun Sameba kəndində olub. Burada ilk təkanın gücü 6.2 bal qeydə alınıb. “Qərb xəbər” Gürcüstanın Milli Seysmoloji Mərkəzinə istinadən xəbər verir. Yeraltı təkanlar nəticəsində Dumanisinin Şahmarlı kəndində bir evin divarları uçub, həmçininMarneulinin Candar kəndində bir evin divarı çatlayıb. İlk təkandan sonra saat 22.28-də 4.5 bal gücündə ikinci və saat 22.31-də isə 4.1 bal gücündə üçncü təkan baş verib. Zəlzələ paytaxt Tbilisidə, həmçinin Marneuli və Bolnisi də hiss olunub.
Bildirək ki, baş verən zəlzələ Azərbaycanın Qərb rayonlarında da hiss olunub. Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və digər ərazilərdə, o cümlədən Mərkəzi Aran rayonlarında da hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 22:25-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.