Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə I turun növbəti oyunları keçiriləcək.
Qerbxeber.com xəbər verir ki, I, J və L qruplarında ümumilikdə 6 görüş baş tutacaq.
Günün ən erkən oyunu saat 18:00-da Lixtenşteyn və Şimali Makedoniya arasında oynanılacaq. 3 saat sonra Moldova Norveçi, Monteneqro isə Cəbəllütariqi sınağa çəkəcək.
Digər 3 matç isə saat 23:45-də start götürəcək.
22 mart
I qrupu
21:00. Moldova – Norveç
23:45. İsrail – Estoniya
J qrupu
18:00. Lixtenşteyn – Şimali Makedoniya
23:45. Uels – Qazaxıstan
L qrupu
21:00. Monteneqro – Cəbəllütariq
23:45. Çexiya – Farer adaları