Bu gün Marneuli bələdiyyəsinin Daştəpə kənd sakinləri suvarma suyu ilə bağlı etiraz aksiyası keçiriblər.
“Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, kəndin mərkəzinə toplaşan bir qrup kənd sakini kəndin suvarma suyunun olmamasından şikayətləniblər. Kənd sakinləri bildiriblər ki, banklardan kredit götürərək əkin əksələr də, lakin məhsulları gözləri önündə məhv olur. Onlar aidiyyatı qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, problemlərinin yenə də həll olunmadığını bildirirlər.
Kənd sakinləri son ümid olaraq Tbilisidə etiraz aksiyası keçirəcəklərini də istisna etmədiklərini qeyd ediblər.