Ağstafa

Dağ Kəsəmən sahələr susuz qalıb

29 yanvar / 19:39 1 dəq
IMG 20200129
29 yanvar / 19:39
Burada sizin reklamınız ola bilər

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində su qıtlığı yaşanır.

Bu barədə “Bölgənin Səsi” saytına kənd sakini Həyat Qədiməliyeva məlumat verib.

O, problemin yaranmasına zəmin yaradan şəxs kimi Nəsib Qədiməliyevin adını çəkib: “Suyu özünün və vəzifəli şəxslərin torpaqlarının suvarılması üçün buraxır. Sadə camaat isə qalır baxa-baxa… Kənd sakinlərinin etirazına məhəl qoyulmur”.

Şikayətçi yaranmış problemdən narahatlığını belə ifadə edib ki, məsələ tez zamanda həll olunmasa sakinlərin əkin-tikini quruyacaq: “Ümidvarıq ki, əlaqədar qurumlar kömək əlini uzadacaq”, – deyə o, əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər