Cümşüd Nuriyev: “Azərbaycan artıq lokal bir ölkə deyil”
Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün tarixi məlum olub. Bildirilib ki, görüş avqustun 2-də baş tutacaq.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə politoloq Cümşüd Nuriyev məlumat verib.
Onun sözlərinə görə, mətbuata sızan məlumatlardan belə qərara gəlmək olar ki, artıq bu məsələ müsbət həllini tapıb: “Ona görə də, Azərbaycan, Özbəkistan və Türkiyə 3 tərəfli görüşün çox mühüm siyasi əhəmiyyəti var. Hal hazırda ABŞ Asiyada yeni dünya düzənini formalaşdırmaq isdəyir. Rusiyanın siyasi düzəninə düzəlişlər verməyə çalışırlar. ABŞ çalışır ki, Rusiyanın müttəfiqləri olan Çin, Hindistan və İranla bağlı müəyyən dəyişikliklər etsinlər. ABŞ-ın əsas maraqlarından məqsədlərindən biridə Rusiya üçün orta Asiyada 2ci cəbhənin açılmasıdır. Təbii ki, bu Çinlə bağlıdır. Taliban yəni ABŞ yetkililərinin verdiyi mesajlardan belə anlaşılır ki, Taliban bu yaxınlarda əvvəlcə Tacikistana hücum edəcək. Rusiyanı 2ci cəbhəni açmağa məcbur edəcək. Yəqin ki, sonra Türküstan məsələsinə meyl edəcəklər ki, Çin bu məsələyə tək yol, tək kəmər məsələsi ilə bağlı müdaxilə etsin. Yəni bir növ Rusiya açılacaq 2ci cəbhə məsələsi var”.

Politoloqun sözlərinə görə, bu görüşün keçirilməsinin başqa bir mühüm əhəmiyyətidə var: “Bu 3 tərəfli görüş Türk dövlətlərinin gələcəyini müəyyənləşdirməyə xidmət edəcək. Regionda proseslərin nəzarətə götürülməsi xüsusilə Azərbaycan Ermənstan məsləsilə bağlıdır. Türk dövlətlərinə gözlənilə biləcək təhlükələr Qazağıstan və Özbəkistan bir nümunədir. Növbə Azərbaycan və Qırğızıstana ola bilər. Türkmənistanda belə bir hadisənin olması çox aşağı səviyyədədir. 3 tərəfli bəyənnamədə nəzərdə tutulan Zəngəzur dəhlizi ilədə bağlı məsələlər müzakirə oluna bilər. Türk dövlətlərinin quru əlaqəsi yoxdur və onun İran üstündən olmasıda o qədər xoş olan bir hadisə deyil. Təbii ki, Şərq-Qərb dəhlizi ilə bərabər, Şimal-Cənub dəhlizinində açılması məsələsi bir mənalı şəkildə müzakirə olunacaq. Şərq-Qərb dəhlizi indi Azərbaycanın siyasi və strateji önəmini nə qədər artırıbsa, Şimal- Cənub dəhlizi onu 2-3 qat artıracaq. Azərbaycan 44 günlük müharibədən sonra, Cənubi Qafqazın siyasi arxitekturasını müəyyən edən bir dövlətdir. Azərbaycan artıq bölgənin bir lideri deyil. Lokal liderlikdən Regional liderliyə çevrilib. Azərbaycan prezidenti İ.Əliyev Türkiyə prezidenti R.T.Ərdoğanla dünya siyasi düzəninə arxitekturasına xeyir gətirə biləcək addımlar atmaqdadır. Bu mənada da bu görüşün çox böyük əhəmiyyəti olacaq”.
Vüsalə Kərimova.




