Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qazaxda bir sıra tarix-mədəniyyət abidələrinə baxış keçirilib

1 avqust / 16:37 3 dəq
62e7b70b559e462e7b70b559e5165935284362e7b70b559e262e7b70b559e3
1 avqust / 16:37
Burada sizin reklamınız ola bilər

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərliyi ilə ekspertlərdən ibarət qrup Qazax rayonunda yerləşən bir sıra tarix-mədəniyyət abidələrini ziyarət edib.

Bu barədə “Qərb Xəbər”ə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov, Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin Şərqi Avropa şöbəsinin müdiri Fəxri Hacıyev, “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin ekspertlərinin də qatıldığı səfərdə dünya əhəmiyyətli tarixi abidə olan “Sınıq körpü”də aparılan bərpa işləri ilə əlaqədar abidəyə baxış keçirilib.

Səfər zamanı nümayəndə heyəti ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasının tarixi binasında, yerli əhəmiyyətli memarlıq abidəsi olan İsrafil Ağa hamamında və Cümə məscidində görülmüş işlərlə də tanış olub.

Daha sonra Qazax Rayon İcra Hakimiyyətində rayonda mövcud olan digər tarixi abidələrin mövcud vəziyyəti və abidələrin bərpası ilə bağlı görülməsi nəzərdə tutulan işlər barədə müzakirələr, gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Abidələrin elektron xəritəsinin hazırlanması, kataloqlaşdırılması kimi məsələlər də nəzərdən keçirilib.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində tarixi abidələrin qorunması, bərpası sahəsində görülmüş işlərdən söz açıb. Səfərin də əsas məqsədinin rayonda olan tarixi abidələrin mövcud vəziyyətini yerində öyrənmək olduğunu söyləyib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda tarixi abidələrin bərpası ilə bağlı görülən işlərin böyük əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bütün bunlar ölkə başçısının bu sahəyə qayğısının bariz nümunəsidir.

Həmçinin, səfər zamanı Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə abidə mühafizəçiləri ilə görüş keçirilib və fəaliyyətləri ilə bağlı təlimatlar verilib. Qazax şəhərindəki nümunəvi tərtibatı və unikal ekspozisiyası olan tarix-diyarşünaslıq muzeyi xüsusi rəğbətə səbəb olub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı