1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Qazaxda daha bir bağça istifadəyə verilib.
Göyəzən.az saytının məlumatına görə, 20 yerlik Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, bağça müdirləri, valideynlər, qonaqlar və KİV nümayəndələri iştirak ediblər.