Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Cozef Bayden: “Rusiyanın dollarla ticarət etməsinə mane olacağıq”

24 fevral / 23:39 2 dəq
Co Bayden
24 fevral / 23:39
Burada sizin reklamınız ola bilər

ABŞ Rusiyaya qarşı yeni sərt sanksiyalar, eləcə də ölkəyə ixraca məhdudiyyətlər tətbiq edir.

 “Qərb xəbər””Report” a istinadən verir ki, sanksiyalar barədə ABŞ Prezidenti Cozef Bayden Böyük Yeddilik ölkələrinin görüşündən sonra açıqlama verib.

Amerika lideri bildirib ki, ABŞ və müttəfiqləri Rusiyanın sabit valyutada əməliyyat imkanlarını məhdudlaşdıracaq.

“Putin müharibəni seçdi və onun nəticələrini görəcək. Mən güclü sanksiyalar və yeni məhdudiyyətlər tətbiq etdim. Bu sanksiyaları xüsusi olaraq tərtib etmişik ki, onların uzunmüddətli təsirləri olsun. G7 liderləri ilə danışdım və hamımız razılaşdıq. Biz Rusiyanın dollar, funt sterlinq və ien ilə ticarət etməsinə mane olacağıq”, – Bayden deyib.

Baydenin sözlərinə görə, Rusiya fond bazarı dəyərinin 50 faizini itirib:

“İndi biz Rusiya Mərkəzi Bankını və 1 trilyon dollarlıq aktivləri bloklayırıq. Biz onun ən böyük banklarının, o cümlədən ikinci iri bankı sayılan VTB-nin mövcudluğunu dondururuq. Daha 4 bankı blokladıq və onların ABŞ-dakı bütün aktivləri dondurulacaq”.

Prezident qeyd edib ki, ABŞ və müttəfiqlərinin sanksiyaları Rusiyanın yüksək texnologiya sektoruna, eləcə də kosmik proqramına zərbə vuracaq:

“Təxminlərimizə görə, biz Rusiyaya yüksək texnologiyalı idxalın yarıdan çoxunu kəsəcəyik. Bu, onların təyyarələri modernləşdirməyi davam etdirmək qabiliyyətinə zərbə vuracaq. Bu, onların iqtisadi sahədə rəqabət qabiliyyətini azaldacaq. ABŞ hökuməti, lazım gələrsə, yanacağın qiymətini aşağı salmaq üçün nefti ehtiyatlardan çıxarmağa hazırdır”.

Bayden ABŞ enerji şirkətlərini beynəlxalq gərginlik qarşısında qiymət artımına qarşı xəbərdar edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı