Kateqoriyasız

Azərbaycanda daha 131 yoluxma qeydə alınıb

30 yanvar / 17:22 1 dəq
E192d8fa 7f8f 3572 95b5 7f41567fba78
30 yanvar / 17:22
Burada sizin reklamınız ola bilər

Azərbaycanda son sutkada koronavirusa 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 066 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib. Hazırda 3 980 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 244, bu günə qədər isə ümumilikdə 2 394 476 test icra olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər