Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ceyhun Bayramov Avropa ölkələrinin səfirləri ilə Ermənistanla sülh və normallaşma prosesini müzakirə edib

21 oktyabr / 09:23 2 dəq
549824e4 fc07 332b bf50 eb524e196eac
21 oktyabr / 09:23
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb, Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesindəki mümkün inkişaf perspektivlərini müzakirə edib.

Bu barədə “Qərb Xəbər”ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Avropa ölkələri arasında münasibətlərin cari vəziyyəti və perspektivləri, Azərbaycanın son antiterror tədbirlərindən sonra regional vəziyyətdən danışılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin 10 noyabr Üçtərəfli Bəyanatının imzalamasından bəri müxtəlif platformalarda öz suveren ərazilərində qanunsuz Ermənistan silahlı qüvvələrinin mövcudluğu məsələsini dəfələrlə qaldırdığını, bunun əsas təhdid mənbəyi olduğunu xatırladaraq, ölkəmizin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi legitim antiterror tədbirlərinin bölgədə sülh və sabitlik üçün əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin təhlükəsizliyi, habelə dil və mədəni hüquqlarına zəmanət veriləcəyinin bildirildiyi, bu məqsədlə reinteqrasiya portalında qeydiyyat həyata keçirildiyi qeyd olunub.

Nazir 30 ilə yaxın işğal dövründə qondarma rejim tərəfindən BMT-nin heç bir qurumunun əraziyə səfər etməsinə imkan yaradılmadığı halda, Azərbaycan tərəfindən antiterror tədbirləri başa çatdıqdan dərhal sonra BMT-nin Azərbaycandakı ofisinin əlaqələndirilməsi ilə Cenevrə və Nyu-York bölmələrinin nümayəndələrinin də daxil olduğu iki missiyanın Qarabağ bölgəsinə səfərinin təşkil edildiyini bildirib.

C.Bayramov Azərbaycan və Ermənistanın öz müstəqilliklərini bərpa etməsindən bəri regionda sülh üçün unikal tarixi imkanın yarandığını bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı