Dünya

Saakaşvilidən iddialı sözlər: “Abxaziya və Şida Kartlinin azad olunmasına hazırlaşın”

5 iyun / 10:26 1 dəq
7d38a94d94ac15580c36c4e011fa5d62
5 iyun / 10:26
Burada sizin reklamınız ola bilər

“Gürcüstan gərək Abxaziya və Şida Kartlinin azad olunmasına hazırlaşsın. Bu fürsət tezliklə açılacaq”.

“Qərb Xəbər”24News.ge istinadən xəbər verir ki, bu sözləri eks-prezident Mixeil Saakaşvili sosial media hesabında qeyd edib.

O bildirib ki, Ukraynanın qələbəsi qaçınılmazdır və bundan sonra Rusiyada xaos yaranacaq:

Saakaşvilinin sözlərinə görə, Gürcüstanın mövcudluğu bu gün Ukraynada gedən müharibədən asılıdır:

“Abxaziya və Şida Kartliyə yol tezliklə açılacaq və biz hamımız Rusiya ordusunun çökəcəyi, Moskvada isə qarışıqlığın, xaosun hökm sürəcəyi anı tutmalıyıq. Bu gün ölkəmizin varlığı və ya yoxluğu və qələbəsi prezident Zelenskidən və Ukrayna ordusundan asılıdır. Zelenskinin geniş strateji baxışı var”, – deyə M. Saakaşvili qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər