Çexiyada Çarlz Universitetindəki atışmada 15 nəfər ölüb.
“Qərb Xəbər” AFP-yə istinadən xəbər verir ki, universitetdə atışmada 15 nəfər ölüb, 30-a yaxın yaralı var.
Polisin məlumatına görə hücumu təşkil edən şəxs əvvəlcə yaxınlıqdakı kəndə bomba qoymaq istəyib. Bu planı baş tutmadıqda isə atasını öldürüb və ali məktəbi atəşə tutub.
Polis hadisəni törədəni zərərsizləşdirib.