Dünya

Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqə uğrunda pley-off görüşlərinin ilk oyunları keçirilib

12 fevral / 09:03 1 dəq
67abd4cc674aa67abd4cc674ab173931438067abd4cc674a867abd4cc674a9
12 fevral / 09:03
Burada sizin reklamınız ola bilər

Bu gün Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqə uğrunda pley-off görüşlərinin ilk oyunları start götürüb.

Qerbxeber.com xəbər verir ki, günün ilk qarşılaşmasında “Brest” evində PSJ-ni qonaq edib.

Görüş qonaqların inamlı qələbəsi ilə nəticələnib – 3:0.

Turun digər matçlarında “Mançester Siti” yerli azarkeşləri önündə “Real”ı qəbul edib.

Qonaqlar 2:1 hesabı ilə geri düşsələr də, görüşün sonlarına yaxın 2 qol vuraraq matçı qələbə ilə başa vura biliblər.

“Yuventus” isə PSV-ə doğma meydanda 2:1 hesabı ilə qalib gəlib.

Günün son matçında Dortmund “Borussiya”sı səfərdə “Sportinq”i 3 cavabsız qolla məğlub etməyi bacarıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun

11 fevral

21:45 “Brest” (Fransa) – PSJ (Fransa) 0:3
00:00 “Yuventus” (İtaliya) – PSV (Niderland) 2:1
00:00 “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) 2:3
00:00 “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) 0:3

Paylaş
Burada sizin reklamınız ola bilər