Dünya

Zelenskinin ərazi mübadiləsi təklifinə Rusiyadan reaksiya

12 fevral / 09:07 1 dəq
Zelenski Yeni1
12 fevral / 09:07
Burada sizin reklamınız ola bilər

Vladimir Zelenskinin Ukrayna münaqişəsinin həlli üçün mümkün ərazi mübadiləsi ilə bağlı istəyi əhəmiyyət kəsb etmir, çünki Zelenski qeyri-legitim prezidentdir.

Qerbxeber.com xəbər verir ki, bu barədə Xarkov vilayətinin “hərbi-mülki administrasiyasının rəhbəri” Vitali Qançev məlumat yayıb.

“Bunlar şərt irəli sürmək üçün heç bir hüquqi əsası olmayan, qeyri-legitim prezidentin xəyallarıdır”, – Qançev vurğulayıb.

Qeyd edək ki, Zelenski daha öncə danışıqlar masasında Kursk vilayətində ələ keçirilən ərazilərin mübadiləsini təklif edə biləcəklərini dilə gətirib.

Paylaş
Burada sizin reklamınız ola bilər