İqtisadiyyat

Bu rayonlar xərlərini gəlirləri hesabına ödəyəcək

21 oktyabr / 15:29 1 dəq
1db94e90 ad6d 4968 8f74 c58dbf1ebfb4
21 oktyabr / 15:29
Burada sizin reklamınız ola bilər

2020-ci ildə Azərbaycanın 39 şəhər və rayonu xərclərini gəlirləri hesabına qarşılayacaq.

Bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunub.

Sənədlərə istinadən siyahını təqdim edirik:

Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonları

Gələn il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlərin 797 milyon manat olacağı gözlənilir ki, bu da bu ilin proqnozu ilə müqayisədə 58,8 milyon manat və yaxud 8% çoxdur.

Paylaş
Burada sizin reklamınız ola bilər