Siyasət

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək

27 iyun / 10:52 1 dəq
8949eb80 92b7 44c9 89f7 244cb9fa808e
27 iyun / 10:52
Burada sizin reklamınız ola bilər

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 49 məsələ daxildir.

İclasda əvvəlcə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” (birinci oxunuş), “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” (birinci oxunuş) qanun layihələrinə baxılacaq.

Gündəliyə “Məhkəmələr və hakimlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət rüsumu haqqında”, “Yol hərəkəti haqqında” qanunlarına, o cümlədən Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Miqrasiya, Vergi və Su məcəllələrinə dəyişiklik layihələri də daxildir.

Deputatlar “Lombardlar haqqında” qanun layihəsini də (birinci oxunuş) müzakirə edəcəklər.

Plenar iclasın davamı iyunun 28-də keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər