Kateqoriyasız

Azərbaycan 43 nəfər koronavirusdan ölüb

16 dekabr / 15:03 1 dəq
41787861 8b33 3005 b71f 365ccfd60886
16 dekabr / 15:03
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirus infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb, 3 854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 43 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 187 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan122 859 nəfər müalicə olunaraq sağalıb, 2 050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 998, bu günə qədər isə ümumilikdə 1 998 577 test icra olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər